Silva çempionluğa inanır
“Mançester Siti”nin futbolçusu Bernardo Silva açıqlama verib.
Msport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında sonadək çempionluq uğrunda yarışacaqlarını bildirib:
– “Arsenal” titulu qazanmağa daha yaxın olsa da, biz sonadək mübarizə aparacayıq. Bəzi insanlar bizim son çempionlar olduğumuzu, çempionluq üçün həvəsli olmadığımızı deyirlər, lakin bu belə deyil. Bizim qalibiyyət mentalitemiz var”.
Qeyd edək ki, “Arsenal” 72 xalla birinci, MS isə 64 xalla 2-ci pillədə qərarlaşıb.
Royal Türksoy







