featured-image-42791

“Atletiko”in baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun təqviminə görə ölkənin futbol federasiyasını tənqid edib.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi turnirin yarımfinalında fevralın 6-da cəmi “Atletik” ilə qarşılaşacaq.

Kubok matçından əvvəl “Atletiko” fevralın 4-də “Real”la, 2-də isə “Malyorka” ilə üz-üzə gələcək.

Simeone isəİspaniya Kral Kubokunun təqvimi haqqında bunları deyib: “Atletiko”nun hazırlaşmaq üçün cəm iki gününün olması mənə ədalətsizlik kimi görünür. Bu, federasiya tərəfindən hörmətsizlikdir. Qarşıda vacib yarımfinal oyunu var. Federasiya başa düşməlidir ki, bir komandanın hazırlaşmaq üçün cəmi 2 günü qalır. “Atletik” ilə çərşənbə günü yox, cümə axşamı oynasaq, nə fərqi dəyişəcəkdi?”

Bənzər xəbərlər