featured-image-38766

İtaliyanın “İnter” klubu baş məşqçisi Simone İnzagi ilə yollarını ayıra bilər.

Msport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisində bu posta əsas namizəd İspaniyanın “Atletiko” (Madrid) komandasının sükanı arxasında olan Dieqo Simeonedir.

Bundan əlavə, rəhbərlik İtaliya “Roma”sında işləyən Joze Mourinyonun da xidmətində maraqlıdır.

Qeyd edək ki, Simeonu 2011-ci ildən Madrid təmsilçisində çalışır. Mourinyo isə 2021-ci ildən “canavarlar”a rəhbərlik edir.

Bənzər xəbərlər