featured-image-20215

Dieqo Simeone mövsümün sonunda “Atletiko”nun baş məşqçi postunu tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Pako Qarsiya Qaridad məlumat verib.

Onun sözlərinə görə, 52 yaşlı mütəxəssis yayda Madrid klubundan ayrılacaq. Argentinalı məşqçi öz qərarı barədə artıq klubun baş direktoru Miqel Anxel Xilə məlumat verib.

Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir. Paytaxt klubu onun rəhbərliyi altında iki dəfə La Liqanı, Avropa Liqasını, Avropa Superkubokunu qazanıb. Komanda iki dəfə Çempionlar Liqasının finalına yüksəlib. Simeoneli “Atletiko” İspaniya kubikunu və Siperkubokunu da əldə edib.

Bu il Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində “Portu”, “Brügge” və “Bayer”dən geri qalaraq avrokuboklarla vidalaşıb.

Bənzər xəbərlər