featured-image-24874

Alan Şirer və Yan Rayt Hari Linekerə dəstək olublar.

Msport.az xəbər verir ki, hər iki veteran futbolçu Linekerin BBC-dən uzaqlaşdırılmasından sonra efirə çıxmaqdan imtina ediblər.

Qeyd edək ki, 1986-cı ilin dünya çempionatının bombardiri Lineker Britaniya hökumətini miqrantların siyasəti ilə bağlı tənqid etmişdi. Bundan sonra BBC onu işindən uzaqlaşdırıb.

“Arsenal”ın əfsanəsi Rayt bununla bağlı tvitterdə paylaşım edib: “Hamı bilir ki, “Match of the Day” verlişi mənim üçün hansı anlamı kəsb edir. Lakin mən BBC-yə dedim ki, həmrəylik əlaməti olaraq sabahkı efirə qatılmayacam”.

Alan Şirer də “Match of the Day”ə gəlməkdən imtina edib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər