"Siti"dən daha bir rekord - Dünyanın ən bahalı müdafiəçisi
“Mançester Siti” Yoşko Qvardiolun keçidi ilə bağlı “Leyptsiq”lə razılığa gəlib. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu dünyanın ən bahalı müdafiəçisinə çevriləcək.
Mənbənin sözlərinə görə, transfer 104,4 milyon avroya başa gələcək. Bu rəqəm Qvadiolu dünya futbol tarixinin ən bahalı müdafiəçisi edəcək.
Bundan əvvəlki rekord 2019-cu ildə “Mançester Yunayted” “Lester”dən Harri Maquayrı alarkən olmuşdu – 92,8 milyon avro.
Qvardiol bu yay “Siti”yə yollanan ikinci xorvatiyalı futbolçu olacaq. Bundan əvvəl, “şəhərlilər” “Çelsi”dən Mateo Kovaçiçi transfer etmişdilər.
21 yaşlı Qvardiol ötən mövsüm 41 matçda 3 qol vurub.
ANAR







