featured-image-28658

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının çempionluq şansını dəyərləndirib. Msport.az xəbər verir ki, “topçular” İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə “Mançester Siti” ilə qarşılaşacaq:

“Bəli, bu ağır gecə olacaq. Biz əvvəlcədən bilirdik ki, çempion olmaq istəyiriksə, gedib “Tottenhem”i udmalıyıq. “Çelsi”ni səfərdə məğlub etmək lazım idi. Səfərə gedib qalib gəlmək gərəkir.

İndi “Siti” ilə görüşə yollanıb qalib gəlmək lazımdır. Çempion olmağı məqsəd qoyan komanda belə oyunları qazanmalıdır. Hər şey bu qədər sadədir”.

32 matçdan sonra “Arsenal” 75 xalla liderdir. İki  oyun az keçirən “Siti” 70 xalla 2-ci pillədədir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər