“Sivasspor” məşhur futbolçu ilə müqaviləni pozdu
“Sivasspor” Keyta Balde ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, seneqallı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.
29 yaşlı forvard bu mövsüm Türkiyə Super Liqasında 11 oyunda meydana çıxıb və cəmi 1 qol vurub.
Qeyd edək ki, Balde karyerası ərzində “Latsio”, “Monako”, “İnter”, “Sampdoriya” kimi klubların formasını geyinib.