featured-image-20393

Mərakeş millisi sabah Əlcəzairdə start götürəcək Afrika Millətlər Liqasında çıxış etməkdən boyun qaçırıb.

Msport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Buna səbəb Mərakeşlə Əlcəzair arasında münasibətlərin gərgin olmasıdır. 2021-ci ilin avqust ayından iki ölkə arasında diplomatik əlaqələr pozulub. Əlcəzair Mərakeş təyyarələri üçün hava məkanını bağlayıb.

Dekabrın 22-də Mərakeş komandasının turnirdə iştirak edəcəyi ilə əlaqədar prinsipial razılıq əldə olunsa da, millinin üzvlərini aparacaq “Royal Air Maroc” şirkətinin təyyarəsinə Rabatdan Əlcəzairə uçmağa rəsmi icazə verilməyib.

Xatırladaq ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 4-ə qədər keçiriləcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər