featured-image-50507

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avro-2024-ün Niderlandla 1\4 final oyunundan (1:2) sonra milli komandanın futbolçuları ilə görüşüb.

Msport.az “Haber Global”a istinadən xəbər verir ki, “narıncılarla” görüşü stadiondan izləyən Ərdoğan final fitindən sonra paltardəyişmə otağına gedib.

O,1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan komandaya dəstək olub. Ərdoğan yarışda layiqli çıxış etdikləri üçün milli komandanın üzvlərini təbrik edib: “Hamınızı təbrik edirəm. Bu gün burada bu nəticəni alsaq da, siz bizim çempionumuzsunuz. Sizdən məmnunuq. Komandanın gələcəyi var”.

 

Bənzər xəbərlər