featured-image-20483

“Barselona”nın baş məşqçisi Xavi “Betis”lə İspaniya Superkubokunun yarımfinal oyununda futbolçularını fərqli formada motivasiya edib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, o, əlavə vaxtın 2-ci hissəsində oyunçularını fəal mübarizə aparmamaqda günahlandırıb:

“Uşaqlar, biz hamımız dayanmışıq. Hamınız yorulmusunuz. Sizin ananızı…Qarşıda bizi final gözləyir, kubok var. Lənət şeytana, oynayın, oynayın!”

Xavinin bu sözləri canlı efirə düşüb.

Xatırladaq ki, “Barsa” oyunsonrası penalti zərbələri ilə “Betis”i məğlub edib – 2:2 (pen – 4:2).

Bənzər xəbərlər