featured-image-82395

Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istədiyini bildirib.

Msport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məsələ ilə bağlı Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə danışıb.

Onun müqaviləsinin müddəti bu ilin dekabr ayında başa çatacaq. AFA rəhbərliyi Skalonini postunda saxlamağa çalışır.

Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionu, 2026-cı ildə gümüş medalçı olub. Argentina həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.

Bənzər xəbərlər