featured-image-23072

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni müqavilə müddətini uzadacaq.

Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin yeni anlaşması 2026-cı ilin iyuluna, növbəti dünya çempionatının sonuna kimi nəzərdə tutulub.

Yerli mətbuatın yazdığına görə, hələ DÇ-2022-dəki qələbədən əvvəl də Argentina Futbol Federasiyasında heç kim Skaloninin bacarığına şübhə etmirdi.

Xatırladaq ki, o, 2018-ci ildən Argentina yığmasının sükanə arxasındadır.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər