featured-image-45556

“Atletiko Mineyro” klubunun yeni baş məşqçisi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Qabriel Militoya tapşırılıb. İspaniyanın “Barselona” komandasının sabiq müdafiəçisi bu postda Luis Felipe Skolarini əvəzləyib.

Qeyd edək ki, Qabriel Milito 2007–2011-ci illərdə Kataloniya təmsilçisinin formasını geyinib. O, son olaraq 2021-2023-cü illərdə “Argentinos Xuniors”un sükanı arxasında olub.

Bənzər xəbərlər