featured-image-26061

PSJ-nin “İnter”in müdafiəçisi Milan Şkrinyarın zədədən sonra bərpa prossesində yaxından iştirak etməsi İtaliya klubunin etirazı ilə qarşılanıb. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Slovakiya millisinin üzvü yayda Paris klubuna keçəcək.

PSJ nümayəndələri futbolçu ilə əlaqə saxlayaraq ona bel zədəsindən sonra öz köməkliklərini təklif ediblər. Şkrinyar Paris komandasının tibbi personalının müşayəti ilə Fransadakı Avropa İdman Reablitasiya Mərkəzində olub.

İtaliya KİV-nin yazdığına görə,  bu münasibət “İnter”in etirazı ilə qarşılanıb. Futbolçunun hələ bir neçə aylıq müqaviləsi qalsa da, onun PSJ ilə münasibətləri korlanıb.

Fevralda Şkrinyarın müqaviləni uzatmayacağını bildikdən sonra “İnter” kapitan sarğısını ondan almışdı.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər