featured-image-33059

Slaven Biliç yeni mövsümdən Səudiyyə Ərəbistanında işləyəcək. Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Əl Fateh” klubuna rəhbərlik edəcək.

54 yaşlı məşqçi ilə müqavilənin müddəti göstərilməyib.

Biliçin son iş yeri bu ilin martında ayrıldığı “Uotford” olub.

O, əvəllər “Beytszin Qoan” (Çin), “Vest Bromviç”, “Vest Hem” (hər ikisi İngiltərə), “Əl İttihad” (Səudiyyə Ərəbistanı), “Lokomotiv” (Rusiya), “Beşiktaş” (Türkiyə) və Xorvatiya millisində çalışıb.

ANAR

Bənzər xəbərlər