Slaven Biliç Ukrayna millisinin baş məşqçisi təyin oluna bilər
Slaven Biliç Ukrayna millisinin baş məşqçisi təyin oluna bilər.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Martın 7-də “Uotford”dan ayrılan xorvatiyalı mütəxəssis Ukrayna Futbol Federasiyası rəsmilərinin rəğbətini qazanıb.
Ukrayna Futbol Federasiyasının martın 1-də keçirilən toplantısında baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ruslan Rotana tapşırılıb. Elə həmin vaxt Sergey Rebrovla (“Əl Əyn”) danışıqlar aparılması qərara alınıb.
Ukrayna Avro-2024-ün seçmə mərhələsində bir oyun keçirib. “Sarı-göylər” İngiltərəyə 0:2 hesabı ilə məğlub olub. Ukrayna növbəti oyununu iyunun 16-da Şimali Makedoniyaya qarşı keçirəcək.
ANAR







