Slot 2 oyunluq diskvalifikasiya edildi – Təhqirin cəzası
“Liverpul”un baş məşqçisi Arne Slot iki oyunluq diskvalifikasiya edilib.
Msport.az xəbər verir ki, buna niderlandlı mütəxəssisin İngiltərə Premyer Liqasında “Everton”la XV turdan təxirə salınmış oyundan (2:2) sonra hakimlərə qarşı qeyri-adekvat davranışı və onları təhqir etməsi səbəb olub.
İngiltərə Futbol Assosiasiyası həmçinin Slotu 80 min avro cərimələyib.
Xatırladaq ki, həmin matçın final fitindən sonra meydanda kütləvi dava düşmüşdü.