featured-image-28744

Türkiyə mətbuatı növbəti dəfə maraqlı iddia ilə çıxış edib.

Msport.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qalatasaray”ın sponsoru olacaq.

Məlumatı “Sözcü” nəşri yayıb. Bildirilir ki, Türkiyə nəhənginin ev oyunlarını keçirdiyi “Türk Telekom Arena”, yaxud Ali Sami Yen İdman Kompleksi dövlət neft şirkətinin adını daşıyacaq. Məlumata əsasən, “sarı-qırmızılar”ın formasının ön hissəsində SOCAR-ın da adı yazılacaq. Bundan başqa, bir ulduz futbolçunun transfer xərclərini şirkətin üzərinə götürdüyü qeyd olunub.

Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. Razılaşma baş tutsa, “Qalatasaray” illik 20-25 milyon avro gəlir əldə edəcək. Maraq üçün bildirək ki, bir neçə ay əvvəl Türkiyə mətbuatı SOCAR-ın Türkiyənin digər nəhəngi “Fənərbağça”nın da sponsoru olacağı barədə xəbərlər dərc etmişdi.

Bənzər xəbərlər