featured-image-26054

“Bayern Münhen”in sabiq futbolçusu Markus Babbel Yulian Naqelsmannın istefaya göndərilməsi ilə bağlı maraqlı fikir səsləndirib.

Msport.az xəbər verir ki, o, məşqçinin jurnalist xanımla münasibətlərinin ciddi problem yaratdığını deyib:

“Bilirəm ki, Naqelsmannın “Bild”in xanım jurnalisti ilə münasibəti paltardəyişmə otağında çox müzakirə olunurdu. Onun həmin xanımla birgə olması ümumi işə ziyan verirdi. Yulianın xanımı “Bayern” üçün ciddi problem idi.

Artıq etibar, güvən azalmışdı. Bəzi futbolçular öz fikirlərini səsləndirə bilmirdilər. Qorxurdular ki, hər şey qəzetdə dərc olunar”.

ANAR

Bənzər xəbərlər