featured-image-20743

Terkiyənin “Afyonspor” klubunun baş məşqçisi Koray Palaz sensasion açıqlama verib. Msport.az “Radyo Gol”a istinadən xəbər verir ki, o, İngiltərə millisinin əfsanəvi futbolçusu Alan Şirerdən danışıb:

“Alan Şirer məşqçilik kursuna mənimlə eyni vaxtda gedirdi. İmtahanlardan keçə bilmədi. Milli komandanın əfsanəsi demək ki, bizdəki kimi özünə yaxşı tanış tapa bilməyib ki, imtahanı uğurla adlasın”.

“Sautqempton”, “Bləkbörn”, “Nyukasl” kimi klublarda çıxış edən hücumçu İngiltərə yığmasında 63 oyunda 30 qol vurub. O, İngiltərə Premyer Liqası tarixinin ən yaxşı bombardiridir.

Şirer 2009-cu ildə qısa müddət “Nyukasl”da baş məşqçi vəzifəsini icra edib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər