Son 51 ilin ən uğursuz “Mançester Yunayed”i
“Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında 12-ci məğlubiyyətini alıb.
Msport.az xəbər verir ki, komanda son olaraq XXV turda “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.
Bu, “qırmızı şeytanlar”ın tarixində son 51 ilin ən uğursuz göstəricisidir. “Mankunianlar” axırıncı dəfə 1973/74 mövsümündə 12 və ya daha çox matçda uduzub. Həmin vaxt komanda 25 matçdan sonra 13 dəfə uduzmuş və Çempionşipə düşmüşdü.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 29 xalla 15-ci pillədə qərarlaşıb.