featured-image-63799

“Barselona” son 7 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.

Msport.az xəbər verir ki, Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv La Liqanın XXXI turunda “Leqanes”i 1:0 hesabı ilə məğlub edib.

Komanda 2025-ci ildə 20 qələbə və 4 heç-heçəyə imza atıb. “Barselona” sonuncu dəfə 2017-18 mövsümündə Ernesto Valverdenin rəhbərliyi altında 23 qələbə və 6 heç-heçə ilə yadda qalmışdı.

Qeyd edək ki, “Barsa” hazırda 70 xalla turnir cədvəlində ilk pillədə yer alıb.

Bənzər xəbərlər