Son beş ilin rəmzi komandası
İngiltərə Premyer Liqasında son beş ilin rəmzi komandası bəlli olub.
Msport.az xəbər verir ki, “Goal” nəşri 2020-24-cü illərin “11-liy”ini tərtib edib.
Beş illik dövrü əhatə edən komanda 4-3-3 sxemi ilə tərtib olunub. “Mançester Siti”nin altı, “Liverpul”un dörd oyunçusu “11-lik”də yer alıb. “Tottenhem” isə bir futbolçu ilə komandada təmsil olunub.
Qapıçı: Alisson (“Liverpul”);
Müdafiəçilər: Kayl Uoker, Ruben Diaş (hər ikisi “Mançester Siti”), Vircil van Deyk, Endryu Robertson (hər ikisi “Liverpul”);
Yarımmüdafiəçilər: Rodri, Bernardu Silva, Kevin de Bruyne (hamısı “Mançester Siti”);
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Son Xın Min (“Tottenhem”), Erlinq Haland (“Mançester Siti”).