featured-image-26258

Antonio Konte “Tottenhem”in baş məşqçi postundan istefaya göndərilib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

London komandasına mövsümün sonuna kimi Kristian Stellini rəhbərlik edəcək. Ona Rayan Meyson kömək edəcək.

Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırırdı. Komanda ötən mövsümü 4-cü yerdə başa vurmuşdu, indi də İngiltərə Premyer Liqasında həmin pillədədir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər