featured-image-26861

“Çelsi” baş məşqçisi Qrem Potterin istefaya göndərildiyini açıqlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müvəqqəti olaraq komandaya Bruno Saltor rəhbərlik edəcək.

47 yaşlı Potter “zadəganlar”ın sükanı arxasına 2022-ci ilin sentyabrında keçmişdi. O, bu postda Tomas Tuheli əvəzləmişdi. Potterin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin iyununa kimi idi.

London klubu 38 xalla İngiltərə Premyer Liqasında 11-ci yeri tutur.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər