Son dəqiqə - Cennaro Qattuzo istefaya göndərildi
“Valensiya” Cennaro Qattuzonu baş məşqçi postundan istefaya göndərib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün “yarasalar”ın rəhbərliyi və italiyalı mütəxəssis müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına dair ortaq məxrəcə gəliblər.
Komanda müvəqqəti olaraq Foro Qonsalesin rəhbərliyi altında məşqlərə çıxacaq.
Hesabında 20 xalı olan “Valensiya” 16-cı yeri tutur. Klub düşmə zonasından cəmi 1 xal ayırır. “Valensiya” İspaniya kubokunun 1\4 final mərhələsində “Atletik”ə uduzaraq (1:3) mübarizəni dayandırıb.







