Son dəqiqə: Kurtua zədələndi və heyətdən çıxarıldı
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının 20-ci turunda “Malyorka” ilə oyunda meydana çıxa bilməyəcək. Msport.az xəbər verir ki, belçikalı qolkiper matçdan əvvəl isinmə hərəkətlərini yerinə yetirərərkən zədələnib.
Kurtua sol ayağında ağrılar hiss etdiyindən o start heyətində olmayacaq. “Malyorka” ilə görüşdə Madrid klubunun çərçivəsini Andrey Lunin qoruyacaq.
Kurtua sabah tibbi müayinədən keçdikdən sonra zədənin nə dərəcədə ciddi olduğu bilinəcək.
ANAR ABDULLAYEV







