featured-image-27084

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike “Çelsi” ilə danışıqlar aparmaq üçün Londona gedib. Msport.az “90min”ə istinadən xəbər verir ki, London klubu Enrikeyə istefaya göndərilmiş Qrem Potterin sələfi gözündə baxır.

“Zadəganlar” artıq 52 yaşlı mütəxəsisin özü və nümayəndələri ilə danışıqlara başlayıb.

Potter İngiltərə Premyer Liqasının 29-cu turunda “Aston Villa”ya məğlubiyyətdən (0:2) sonra qovulub.

Qətərdəki dünya çempionatından sonra işsiz olan Enrike İngiltərədə işləməyin arzusunda olduğunu gizlətməyib.

O, klub səviyyəsində “Selta” və “Barselona” və “Roma”da çalışıb.

ANAR ABDULLAYEV  

 

Bənzər xəbərlər