SON DƏQİQƏ: Millimizin üzvü Avropada klubunu dəyişdi
Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli klubunu dəyişib.
Msport.az xəbər verir ki, Albaniya təmsilçisi “Partizani”dən ayrılan futbolçu karyerasını Kosovoda davam etdirəcək.
30 yaşlı oyunçu “Malişeva” klubu ilə müqavilə bağlayıb. Kosovo təmsilçisi yeni transferi sosial media hesablarında təqdim edib.
“Malişeva” ötən mövsüm Kosovo çempionatında 2-ci yeri tutub. Komanda Konfrans Liqasında Albaniyanın “Vlajniya” komandası ilə qarşılaşacaq.







