featured-image-33909

“Qalatasaray” Mauro İkardini heyətdə saxlaya bilib. Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

Ulduz futbolçu bir çox Avropa klubunun diqqət mərkəzində olsa da, İstanbul təmsilçisi ilə müqavilə imzalayıb. Argentinalı hücumçu 2026-cı ilin iyununa kimi “sarı-qırmızılılar”ın şərəfini qoruyacaq.

30 yaşlı forvard ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edirdi. O, “cim-bom”un heyətində 24 oyuna 22 qol vurub.

ANAR 

Bənzər xəbərlər