SON DƏQİQƏ: Reşford "Barselona"ya keçdi
Markus Reşford karyerasını “Barselona”da davam etdirəcək. Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü Kataloniya klubuna icarə əsasında keçəcək.
“Barsa” icarə müqaviləsi başa çatdıqdan sonra hücumçunu 30 milyon avroya transfer etmək hüququna malikdir.
“Barselona” Reşfordu sabah rəsmən təqdim edəcək.
27 yaşlı futbolçu artıq İspaniya klubu ilə bir məşqə də çıxıb.