featured-image-28579

“Tottenhem”in baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Kristian Stellini istefaya göndərilib.  verib. Msport.az xəbər verir ki, buna səbəb London klubunun “Nyukasl”la səfər matçında darmadağın olmasıdır – 1:6. Stellini bu postda bir azdan da az çalışıb.

“Tottenhem”in İdarə Heyətinin sədri Daniel Levi bununla bağlı açıqlama verib: “Nyukasl”la oyunun nəticəsi qəbuledilməzdir. Buna baxmaq dəhşətli idi. Bunun niyə baş verməsi ilə bağlı çoxsaylı səbəblər tapa bilərik.

Kristian məşqçilər korpusu ilə birgə bu vəzifəni tərk edəcək. O, çətin bir vaxtda gəldi və buna görə təşəkkür edirəm.

Rayan Meyson baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək. Rayan klubu və oyunçuları yaxşı tanıyır. Yaxın vaxtlarda məşqçilər heyətinə daha kimlərin daxil olması barədə məlumat verəcəyik”.

Xatırladaq ki, “Tottenhem” martın sonunda Antonio Konteni istefaya göndərib Stellini müvəqqəti baş məşqçi təyin etmişdi.

ANAR  

Bənzər xəbərlər