featured-image-25947

UEFA “Barselona”ya qarşı intizam işi açıb. Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma İspaniya Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyreyə ödənişlərdə korrupsiya əməlinin olub-olmadığını müəyyənləşdirəcək.

Ödənişlər kluba hakimlərin kömək etməsi ilə bağlı ola bilər. Neqreyra 2001-2018-ci illərdə Kataloniya təmsilçisindən 7,3 milyon avro alıb.

Barselona prokurorluğu klub əleyhinə cinayət işinə başlayıb.

UEFA “Barselona”nı gələn mövsüm avrokuboklardan kənarlaşdıra bilər.

AYXAN 

Bənzər xəbərlər