SON DƏQİQƏ: Yuri Vernidubla yeni müqavilə - RƏSMİ
“Neftçi” baş məşqçisi Yuri Vernidubun müqaviləsini uzadıb.
Msport.az xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib: “Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.
“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib: “Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir”.







