featured-image-26178

Xorvatiya millisi AÇ-2024-ün seçmə mərhələsinə heç-heçə ilə başlayıb. Msport.az xəbər verir ki, Luka Modriçin kapitanı olduğu komanda 1:0 öndə olsa da, 90+3 dəqiqədə qapısında qol görüb. Baş məşqçi Zlatko Daliç bərabərliyi belə şərh edib:

“Son dəqiqələrdə qol buraxmaq şokdur. Hərdən sən qalib gəlirsən, hərdən də yox.

Bizim imkanlarımız var idi, ikinci qolu vura bilərdik. Lakin bunu bacarmadıq. Sonra isə Uelsin yeganə təhlükəli vəziyyəti zamanı qol buraxdıq”.

Qeyd edək ki, Xorvatiya millisi qrupda növbəti oyununu martın 28-də səfərdə Türkiyəyə qarşı keçirəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər