featured-image-24903

“Bayern Münhen”in idman direktoru Hasan Salihamiciç Joao Kanseludan narazı olduqlarını ifadə edib. Msport.az “Goal”a istinadən xəbər verir ki, Almaniya klubunun rəsmisi portuqaliyalı futbolçunun start heyətinə düşməməsini belə yorumlayıb:

“Son vaxtlar o, biz gözlədiyimiz kimi məşq etmir və oynamır. Joau çox vacib oyunçu olacaq. Bizim onunla münasibətlərimiz yaxşıdır. O gələcəkdə komandada daha vacib simaya çevriləcək”.

“Bayern” Portuqaliya millisinin üzvünü yanvarda “Mançester Siti”dən icarəyə götürüb. Münhen klubunun yayda futbolçunu trasfer etmək hüququ var.

Kanselu sonuncu dəfə start heyətində fevralın 14-də PSJ ilə Çempionlar Liqasının 1\8 final mərhələsnin ilk oyununda (1:0) meydana çıxıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər