Son Xın Minin ABŞ klubuna keçidi rəsmiləşdi
ABŞ-ın “Los Anceles Kings” klubu “Tottenhem”dən ayrılan Son Xın Minin transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Müqaviləni əvvəlcə 2028-ci ilin sonuna, sonra isə 2029-cu ilin ortalarına qədər uzatmaq variantları var.
Qeyd edək ki, hücumçu 2015-ci ildən “Tottenhem”də oynayırdı. O, klubla cəmi bir kubok – 2025-ci il Avropa Liqasını qazanıb.