featured-image-44264

Kamerun millisi baş məşqçisi Riqobert Sonqla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O açıqlamasında bildirib.

O, mütəxəssisin komandaya çox şey gətirdiyini, amma futbolun qanunları olduğunu söyləyib: “Biz məqsədə çata bilməmişik. Müqaviləni yeniləmək imkanını nəzərdən keçirmədik. Onunla vəziyyəti müzakirə etdim. Öz mövqelərimizi bildirdim və indi gələcək haqqında düşünməliyik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Sonqun rəhbərlik etdiyi Kamerun millisi Afrika Millətlər Kubokunda 1/8 finala yüksələ bilib.

Bənzər xəbərlər