featured-image-62051

“Milan”ın sabiq futbolçusu Zlatan İbrahimoviç klubda məsləhətçi olmağa qərar verməsinin səbəbini açıqlayıb.

Msport.az xəbər verir ki, veteran futbolçu bunun klubun sahibi Cerri Kardinalın günahı olduğunu bildirib:

“Karyeramı bitirəndə 42 yaşım var idi. Öz-özümə dedim: “Qulaq as, realist olmalısan. Sən artıq əvvəlki kimi deyilsən”. Hər bir futbolçunun ən böyük problemi reallığı qəbul edib eqonu bir kənara atmaqdır. İstifadə müddətinizin bitdiyini anlamalısınız. Mən də bunu qəbul etdim. Və o zaman mən rahatlıq tapdım. O vaxtdan sakitəm. Bu, ən çətin an idi”.

O, futbolla vidalaşdıqdan sonra gündəlik məşq etmədən həyatdan fərqli zövq almağa başladığını söyləyib: “Həmişə olduğu kimi ailəmlə çox vaxt keçirirəm. Mən şənlik etməyi sevən adam deyiləm. Sosial şəbəkələrimə baxsanız, orada heç vaxt həyat yoldaşımın və ya övladlarımın şəklini tapa bilməzsiniz. Çünki onlar mənim üçün müqəddəsdir, özəldir. Futbol oynayanda onlara demək olar ki, vaxt ayıra bilmirdim. İndi bunun əvəzini çıxmaq istəyirəm. Bu, həqiqətən də fantastikdir”.

Bənzər xəbərlər