Şota Arveladze istefa verdi
“Fatih Karagümrük” klubunun baş məşqçisi Şota Arveladze istefa verib. Msport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis “Trabzonspor”la matçdan (1:5) sonra komandadan ayrıldığını bildirib.
“Fatih Karagümrük” bu məğlubiyyətdən sonra təhlükəli zonaya yaxınlaşıb. Komanda 29 xalla 16-cı yeri tutur.
Xatırladaq ki, Şota ötən ilin dekabrında “Fatih Karagümrük”ün sükanı arxasına keçmişdi.