featured-image-26467

İspaniya millisinin üzvü Rodri Şotlandiya yığmasının oyun tərzini tənqid edib. Msport.az xəbər verir ki, Şotlandiya Avro-2024-ün seçmə mərhələsinə ispanlar üzərində qələbə qazanıb – 2:0.

“Uduzanda həmişə kədərlənirsən, lakin düşünürəm ki, qələbə üçün çox şey etdik. Sonda qol vurmaq üçün o qədər də effektli olmadıq və rahat toplar buraxdıq. Bu futboldur, əgər asan qolları vurmursansa, səni cəzalandırırlar.

Hər şey şotlandların oyun tərzindədir. Ona hörmət etmək lazımdır. Lakin mənim üçün bu tərz zibildir. Ona görə ki, onlar bütün oyun boyu vaxtı uzadırlar, yerə yıxılırlar, təxribata çəkirlər. Bu futbol deyil. Hakim buna nəzarət etməli idi, ancaq heç nə demirdi.

Biz qalib gəlmək istəyirdik, onlar isə vaxtı uzadır, boşuna vaxt aparırdılar. Onların öz silahları var. Gələn oyunda bundan dərs çıxarmalıyıq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər