Spalletti "Napoli" ilə vidalaşdı: "İndi ayrılmaq sevginin təzahürüdür"
Luçano Spaletti “Napoli” ilə vidalaşıb.
Msport.az xəbər verir ki, Neapol təmsilçisinə 33 il sonra Skudetto qazandıran mütəxəssis bunları deyib:
“İndi getmək sevginin təzahürüdür. Əlimdə olan hər şeyi bu kluba verdim. Burada qalmağa artıq gücüm yoxdur.
Hətta 10 ildən sonra da Neapola qayıdaraq çoxlu insanlarla dostluq edə biləcəm”.
Qeyd edək ki, Napolini çalışdırmağa ən real namizəd Luis Enrike göstərilir.
Royal Türksoy







