featured-image-25540

“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1\4 final mərhələsinin püşkünü dəyərləndirib. Neapol klubu 1\4 finalda “Milan”la üz-üzə gələcək. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya komandası ilə qarşılaşmaq istəmədiyini bildirib:

“Mən İtaliya klubları ilə görüşməməyə üstünlük verərdim. Ancaq məlumatı olmayan insanlar deyə bilərlər ki, bizim püşkdə bəxtimiz gətirib. “Milan” Çempionlar Liqası komandasıdır. Təkcə Maldini kuboku beş dəfə qazanıb! “Milan”ın böyük beynəlxalq təcrübəsi var”.

Qeyd edək ki, “Napoli” – “Milan” cütünün qalibi yarımfinalda digər İtaliya təmsilçisi “İnter”lə üzbəüz gələ bilər. Bunun üçün “İnter” 1\4 finalda “Benfika”nı keçməlidir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər