Spalletti “Yuventus”un tarixinə düşdü
“Yuventus”un yeni baş məşqçisi Luçano Spalletti klub tarixinə düşüb.
Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “qoca sinyora” tarixinin ən yaşlı məşqçisi olub.
Bundan əvvəlki rekord isə digər italiyalı məşqçi Mauritsio Sarriyə məxsus idi – 60 yaş.
Spalletti Turin klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. O, bu vəzifədə İqor Tudoru əvəzləyib.








