featured-image-27997

“Napoli”nin hücumçusu Viktor Osimhen “Milan”la Çempionlar Liqasının 1\4 final mərhələsinin cavab oyununda start heyətində meydana çıxacaq. Msport.az xəbər verir ki, Neapol klubunun baş məşqçisi Luçano Spalletti bunu təsdiqləyib.

Nigeriyalı hücumçu İtaliya A seriyasında “Verona” ilə ilə oyunun (0:0) 73-cü dəqiqəsində şans əldə edib. Qeyd edək ki, Osimhen zədə səbəbindən demək olar ki, bir ay yaşıl meydanlardan kənarda qalıb:

“Bəli, o, start heyətində oynayacaq. Osimhenin fiziki gücü və sürəti var. O, top saxlamağı, başla oynamağı və ritmi dəyişməyi bacarır.

Bizim azarkeşlər üçün o, indi qəhrəmandır. Bu cür oyunçular müxtəlif funksiyaları yerinə yetirməyi bacarırlar”.

Qeyd edək ki, “Napoli”  ilə “Milan” arasında cavab matçı aprelin 18-də keçiriləcək. Bu komandalar arasında ilk görüşdə “Napoli” 0:1 hesabə ilə məğlub olmuşdu.

ANAR

Bənzər xəbərlər