Spalllettidən “Milan”a məğlubiyyətin şərhi
“Napoli”nin baş məşqçisi Luçano Spalletti İtaliya A seriyasında “Milan”a məğlubiyyəti (0:4) şərh edib. Msport.az xəbər verir ki, o bunu yorğunluqla əlaqələndirib:
“Yorğunluq bizə təsir göstərə bilərdi, əksər futbolçular öz milli komandalarında bütün güclərini qoyurlar. Oyunçular kluba bir qədər yorğun dönürlər. Amma “Milan”da da eyni vəziyyətdir.
Yorğunluqdan başqa, “Milan”ın nə dərəcədə əla oynadığını da deməliyik. Biz isə həmişəki səviyyəmizdə çıxış edə bilmədik.
Yığmaların oyunları ilə bağlı fasilədə bir qədər bəxtimiz gətirmədi. Matias Oliveyra zədə ilə qayıtdı, Osimhen…
İndi Çempionlar Liqasına münasibət dəyişdi. Bəzi adamlar deyəcəklər ki, püşk bizim üçün uğursuz oldu. Amma elələri var idi fikirləşirdilər ki, bizə asan rəqib düşüb. Lakin bu belə deyil”.
Xatırladaq ki, Çempionlar Liqasının 1\4 final mərhələsində “Milan” “Napoli” ilə üz-üzə gələcək.
ANAR ABDULLAYEV







