featured-image-30417

“Sparta Praqa” Çexiya çempionatının qalibi olub. Msport.az xəbər verir ki, paytaxt klubu mövsümün başa çatmasına 1 tur qalmış “Slovatsko” ilə heç-heçə (0:0) edib.

“Sparta” 2-ci yeri tutan “Slaviya”nı 3 xal qabaqlayır. Pley-off matçında “Sparta” “Slaviya” üzərində 3:2 hesabı ilə qələbə qazanmışdı. Praqa klubu gələn mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, “Sparta” son dəfə 2014-cü ildə çempion olmuşdu.

 

 

Bənzər xəbərlər