“Spartak”ın büdcəsi artırıldı
Rusiyanın “Spartak” klubunun büdcəsi artırılıb. Msport.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, Moskva komandasının 2023-cü ildə büdcəsi 130-135 milyon avro təşkil edir.
Son illər klubun əvvəlki rəhbəri Leonid Fedunun dönəmində ildə 10 faiz azaldılma siyasəti aparılırdı.
Lakin “Spartak”ın yeni rəhbəri “Lukoyl” şirkəti bu ideyadan imtina edib.
Qeyd edək ki, Rusiya klubları sanksiyaya məruz qaldıqlarından “Spartak” da avrokuboklarda iştirak edə bilmir.
ANAR







