featured-image-47946

“Spartak”ın sabiq prezidenti Andrey Çerviçenko 2021-2024-cü illərdə “Sabah”ı çalışdırmış Murad Musayev barədə fikirlərini bildirib. Msport.az xəbər verir ki, Çerviçenko hazırda “Krasnodar”ın sükanı arxasında olan məşqçini tənqid edib:

“Mən belə düşünürəm ki, “Krasnodar”ı çempionluqdan “Spartak” çıxarmadı. Bunun səbəbi İviçi baş məşqçi postundan uzaqlaşdırıb Musayevi gətirmək idi. Mən hələ onda demişdim ki, Krasnodar klubunun ambisiyaları başa çatdı. O, əsassız bir məşqçidir. Əgər oyun alınırsa, onlar oynayırlar, yox alınmırsa, oynamırlar.

Əzmkarlığa və meydanda can qoymağa görə “Spartak” “Krasnodar”dan daha yaxşı idi. “Krasnodar”ın isə belə istəyi yox idi”.

 

Bənzər xəbərlər